“Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyan sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, hazırda xərçənglə mübarizə aparan Simonyan pariksiz fotosunu paylaşıb.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında Marqarita Simonyana xərçəng diaqnozu qoyulub. O, kimyaterapiyaya başladıqdan sonra parik taxıb.