AZ

Türkiyə millisinin sabiq futbolçusu Azərbaycandan təklif alıb

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım...

Poliqon xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib: "Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam".

Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın "Boxum", "Herta", Bayer" (Leverkuzen), "Ştutqart" və İngiltərənin "Blakbörn" komandalarında çıxış edib.

Poliqon.info

Seçilən
25
5
poliqon.info

6Mənbələr