AZ

"Bir gün, bir şair, min duyğu"

Xızı məktəblərində vaxtaşırı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər şagirdlərin tərbiyəsində mühüm rol oynayır.

Bu günlər Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Xızı rayon Mikayıl Müşfiq Muzeyində məktəblilər üçün "Bir gün, bir şair, min duyğu" adlı tədbir keçirib.

Xızılı şagirdlərə  Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Mikayıl Müşfiqin həyatı, yaradıcılıq yolu haqqında geniş məlumat verilib, iştirakçıların ifasında  şairin şeirləri səsləndirilib. Şairə məxsus əşyalar, haqqında yazılan məqalə və kitablar məktəblilərin marağına səbəb olub. Şagirdlər muzeyin xatirə kitabına öz təəssüratlarını qeyd ediblər.  

Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, mədəni, tarixi irsimizə hörmət aşılamaq baxımından belə ekskursiya-tədbirlərin böyük əhəmiyyəti var. Gələcəkdə respublikamızın müxtəlif bölgələrindən məktəblilərin Xızıya ekskursiyaya dəvət edilməsi  nəzərdə tutulur. 

Xəyal QOCAYEV,

Xızı rayonunun sakini

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr