AZ

Əfqanıstanda milyonlarla qız təhsildən məhrum edilib

Əfqanıstanda "Taliban" rəhbərliyi qız uşaqlarının orta və ali təhsil müəssisələrinə çıxışını qadağan edən qərarı daimi siyasətə çevirib.

“Unikal” xəbər verir ki, UNESCO-nun məlumatına görə, "Taliban"ın hakimiyyətə gəlişindən sonra təxminən 2,2 milyon qız şagird ibtidai təhsildən sonrakı mərhələdə təhsil almaq imkanından məhrum qalıb.

Qərara əsasən, Əfqanıstanda qızlar və qadınlar 6-cı sinifdən sonra və universitet səviyyəsində təhsil ala bilmirlər. Qadağa beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid olunur.

Ayxanım Məlikova

Seçilən
19
2
unikal.az

3Mənbələr