AZ

“Pinterest” işçi qüvvəsinin 15%-ni ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

“Pinterest” süni intellekt təşəbbüslərini maliyyələşdirmək məqsədilə işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır. 

Banco.az xəbər verir ki, şirkət ixtisar prosesini sentyabr ayının sonunadək başa çatdırmağı nəzərdə tutur.

Məlumata görə, “Pinterest” resursları süni intellekt yönümlü rollara və komandalara yenidən bölüşdürəcək və AI əsaslı məhsullara investisiyalara üstünlük verəcək. 2024-cü ilin sonunda 4.666 əməkdaşı olan şirkətdə ixtisarların təxminən 700 işçini əhatə edəcəyi bildirilir.

Qeyd edək ki, bu addım texnologiya şirkətlərinin süni intellektə yatırımları artırdığı bir dövrdə atılır. “Pinterest” son aylarda AI köməkçisi Pinterest Assistant-ı istifadəyə verib və süni intellektlə işləyən fərdiləşdirilmiş məhsullar üzərində sınaqlara başlayıb.

Seçilən
21
banco.az

1Mənbələr