AZ

Milli Azərbaycan Tarixi Muzeyi TÜRKSOY Muzeylər Birliyinə üzv seçilib

Yazını böyüt
Yazını kiçilt

23 yanvar 2026-cı il tarixində Macarıstan Milli Muzeyinin ev sahibliyi ilə Budapeştdə TÜRKSOY Muzeylər Birliyinin Ölkə Koordinatorlarının IV iclası keçirilib. İclasda Milli Azərbaycan Tarixi Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova iştirak edib.

Hafta.az xəbər verir ki, tədbir zamanı TÜRKSOY Muzeylər Birliyi üzrə əməkdaşlıq imkanları, birgə sərgi və layihələrin təşkili, eləcə də təlim və təcrübə proqramlarının inkişafı məsələləri müzakirə olunub. Məhfuzə Zeynalova çıxışı zamanı Milli Azərbaycan Tarixi Muzeyinin türk dünyasının ortaq tarixi və mədəni irsini əks etdirən birgə sərgilərin keçirilməsində maraqlı olduğunu bildirib. O, muzeylər arasında təcrübə mübadiləsinin və ortaq layihələrin gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyinin TÜRKSOY Muzeylər Birliyinə üzv seçilməsi ilə bağlı sertifikat təqdim olunub. Bu üzvlük muzeyin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi, türk dünyası muzeyləri arasında əlaqələrin möhkəmləndirilməsi və milli mədəni irsin beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda TÜRKSOY tərəfindən iştirakına görə Məhfuzə Zeynalovaya təşəkkürnamə təqdim olunub.

Seçilən
21
hafta.az

1Mənbələr