AZ

Bu ölkədə təyyarə qəzaya uğradı -

Hindistanın Maharaştra ştatında çarter reysi həyata keçirən təyyarə qəzaya uğrayıb.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Maharaştra ştatının hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla 5 nəfər ölüb. Bildirilir ki, təyyarə səhər saatlarında Mumbaydan havaya qalxıb və təxminən 45 dəqiqə sonra eniş cəhdi zamanı Baramati hava limanı yaxınlığında qəzaya düşüb. Qəza zamanı təyyarədə olanların hamısı həlak olub.

Qeyd olunur ki, Acit Pavar yerli seçkilər ərəfəsində Baramati bölgəsində keçiriləcək dörd mühüm ictimai tədbirdə iştirak etməyi planlaşdırırdı.

Seçilən
42
1
metbuat.az

2Mənbələr