AZ

Ötən il 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısı alınıb - ETX

Bakı. Trend:

28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeydolunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsisahəsində ilk beynəlxalq konvensiya qəbul olunub.

Trend xəbərverir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumatyayıb.

Bildirilir ki, Azərbaycan isə bu konvensiyaya 2009-cu ildəqoşulub və 2010-cu ildə ölkəmizdə “Fərdi məlumatlar haqqında” Qanunqəbul edilib.

Məlumata görə, cari il ərzində rəqəmsal risklərintənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini,eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik vəməsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyinqüvvəyə minməsi gözlənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidməti fərdi məlumatların mühafizəsi sahəsindəsəlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyiqabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aidfərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməletməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğunolaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlbedilib.
Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılmasıhalları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradanqaldırılması təmin edilib.

Bildirilib ki, bu il, həmçinin ölkə üzrə fərdi məlumatlarınişlənildiyi informasiya sistemlərinin uçotunun aparılması,şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatlarıninformasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasınınformalaşdırılması nəzərdə tutulur.

Seçilən
20
9
az.trend.az

3Mənbələr