AZ

Təyyarə QƏZASI: vəzifəli şəxs HƏLAK OLDU

Ajans.az NDTV telekanalına istinadən xəbər verir ki, təyyarə səhər saat 08:00 radələrində Mumbaydan havaya qalxıb. Uçuşdan təxminən 45 dəqiqə sonra Baramati hava limanı yaxınlığında eniş etməyə çalışarkən qəza baş verib. Təyyarə aerodromun yaxınlığında yerə çırpılıb və göyərtədə olanları xilas etmək mümkün olmayıb. Media məlumatlarına əsasən, həlak olanlar arasında Milli Konqres Partiyasının (NCP) lideri və Maharaştra ştatının Baş nazirinin müavini Ajit Pavar, onun təhlükəsizlik əməkdaşları və pilot da var. Bildirilir ki, Ajit Pavar həmin gün yerli seçkilər ərəfəsində dörd mühüm ictimai tədbirdə iştirak etməyi planlaşdırırmış. Hadisə yerindən yayılan görüntülərdə güclü yanğın, qatı tüstü, ciddi zədələnmiş təyyarə qalıqları, eləcə də yaralıların yaxınlıqdakı xəstəxanalara aparılması üçün təcili yardım avtomobilləri əks olunub. Kanalın məlumatına görə, Hindistanın Mülki Aviasiya Baş İdarəsi qəza zamanı təyyarədə olan beş nəfərin hamısının həlak olduğunu təsdiqləyib.  

Seçilən
13
Ajans.az

1Mənbələr