AZ

Paşinyan: Ermənistan müharibəyə hazırlaşmır

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında sülh artıq bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik qarantiyası mövcud deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə yayımladığı təbrik mesajında bildirib.

Baş nazir ölkəsinin müharibəyə hazırlaşmadığını vurğulayıb:

"Buna baxmayaraq, ordunun inkişafı davam edəcək. Ordu dövlətin ən vacib institutlarından biridir və diplomatiyanın yetərli olmadığı hallarda mümkün şərti təhdidlərə qarşı dayanıqlı olmaq üçün güclü müdafiə qabiliyyətinə malik silahlı qüvvələrə sahib olmaq vacibdir. Güclü ordusu olmayan dövlət həssas olur və təcavüz riskinə açıq qalır".

O əlavə edib ki, Ermənistan heç vaxt belə bir vəziyyətdə olmamalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
3
sherg.az

4Mənbələr