AZ

PaşaBank IPO-ya hazırlaşır: səhmlərin 5 faizi bazara çıxarılacaq

PaşaBank hazırda 17 milyon 725 min 590 ədəd səhmin təxminən 5 faizi, yəni 932 min 926 ədəd  səhmin səhm bazarında yerləşdirilməsi planlaşdırılır. Bunu PAŞA Bankın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov

Bankın maliyyə göstəricilərinin sabit olduğu, dividend ödəyən bizneslərinin isə davamlı xarakter daşıyır.. PaşaBank-da tətbiq edilən şəffaf və müasir korporativ idarəetmə sistemi uzun illər formalaşmış idarəetmə ənənələrinə əsaslanır və bu amil IPO prosesinin əsas dayaqlarından biri kimi qiymətləndirilir"-o bildirib.

O bildirib ki, ötən il PaşaBank ilk dəfə olaraq öz istiqrazlarını yalnız bazar vasitəsilə yerləşdirib.

"Həmin yerləşdirmə zamanı təklif olunan həcmdən iki dəfədən çox investor tələbi formalaşıb. Reklam fəaliyyətinin məhdud aparılmasına, rəqəmsal kanallardan az istifadə edilməsinə və elan müddətinin qısa olmasına baxmayaraq, müşahidə olunan yüksək maraq bazarın potensialını və investorların banka olan etimadını açıq şəkildə göstərəcək",- o vurğulayıb.

Aytac

 

Qeyd olunub ki, bu nəticə IPO-ya hazırlıq prosesində mühüm göstəricilərdən biri kimi dəyərləndirilir. Hazırda emissiya prosesinin yekunlaşdırılması, səhmlərin qiymətləndirilməsi və yerləşdirmə ilə bağlı digər əsas şərtlərin formalaşdırılması istiqamətində işlər davam etdirilir.

 

Qiymət, bazar şərtləri, investor marağı, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və bankın fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla IPO-nun son parametrləri müəyyənləşdiriləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq.

Seçilən
115
anews.az

1Mənbələr