AZ

“Brent” neftinin qiyməti 29 sentyabrdan bəri ilk dəfə 68 dolları ötüb

Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti 29 sentyabr 2025-ci ildən bəri ilk dəfə 68 dollar həddini ötüb.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, “Brent” markalı neftin qiyməti 0,65% artaraq bir barel üçün 68,01 dollar təşkil edib.

Saat 10:07-yə isə “Brent”in qiyməti artımı sürətləndirərək bir barel üçün 68,11 dollar səviyyəsində ticarət olunub (+0,8%). Eyni vaxtda, 2026-cı ilin mart ayı tədarüklü WTI markalı neft fyuçersi bir barel üçün 62,96 dollar səviyyəsində olub (+0,91%).

Seçilən
4
banker.az

1Mənbələr