AZ

İşdən çıxarılan nazir müavininə yüksək vəzifə verilir

Yanvarın 26-da kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Sarvan Cəfərovun daha yüksək posta təyin ediləcəyi gözlənilir.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, hazırda boş olan ekologiya və təbii sərvətlər naziri vəzifəsinə əsas namizəd sayılır.

Mənbə iddia edir ki, Sarvan Cəfərovun işdən çıxarılması da bununla bağlıdır.

Məlumata görə, 40 yaşlı məmur vəzifədə olduğu müddətdə işinin öhdəsindən gələ bilib. Ona görə də onun kənd təsərrüfatı nazirinin müavinliyindən uzaqlaşdırılması işdə yol verdiyi hər hansı nöqsanla bağlı deyil. Bunun iki səbəbi var:

Birinci, Sarvan Cəfərov həmin vəzifəyə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri işlədiyi dövrdə təyin olunmuşdu. İndi isə nazir Məcnun Məmmədov öz komandasını formalaşdırır. Ona görə də S.Cəfərov işdən çıxarılıb. Onun yerinə nazirin ən yaxın adamlarından biri olan Zaur Əliyev təyinat alıb.

Seçilən
39
publika.az

1Mənbələr