AZ

Aydın Süleymanlı Niderlandda keçirilən turnirdə qələbələrini davam etdirir

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində qələbələrini davam etdirir.

İdman.Biz-in məlumatına görə, doqquzuncu turun oyunları çərçivəsində A.Süleymanlı argentinalı Faustinо Oro üzərində qələbə qazanıb. Qeyd edək ki, bu, Aydının Veyk-an-Zedə artıq beşinci qələbəsidir.

Bu uğurdan sonra azərbaycanlı şahmatçı yeddi xal toplayaraq əvvəllər üçüncü olduğu mövqedən irəliləyib və xalis ikinci yerə yüksəlib. O, turnir cədvəlinin lideri olan amerikalı Endi Vudvortdan yarım xal geri qalır. Onuncu turda A. Süleymanlı ispaniyalı Daniil Yuffa ilə qarşılaşacaq.

Xatırladaq ki, “Challengers” turnirinin qalibi növbəti il Veyk-an-Zedə keçiriləcək şahmat festivalının əsas yarışı olan Masters turnirində iştirak hüququ qazanacaq.

İdman.Biz
Seçilən
20
idman.biz

1Mənbələr