AZ

UniDestin Təhsil Mərkəzində ödənişsiz HSK səviyyə testi keçiriləcək

UniDestin Təhsil Mərkəzi yanvarın 31-də saat 11:00, 12:00 və 14:00-də HSK (Hanyu Shuiping Kaoshi) imtahanına hazırlaşmaq istəyənlər üçün ödənişsiz səviyyə testi təşkil edəcək.

"Far.Az" xəbər verir ki, testlər həmçinin Çin dilini öyrənmək və Çin universitetlərinə qəbul almaq istəyənlərə də şamil olunur.

Səviyyə testinin əsas məqsədi iştirakçıların Çin dili üzrə mövcud bilik səviyyəsini obyektiv şəkildə müəyyən etmək və nəticələrə uyğun olaraq düzgün HSK səviyyəsi üzrə tədris proqramı təklif etməkdir. Test nəticələrinə əsasən iştirakçılar müəllim rəyi əldə edəcək və fərdi inkişaf istiqamətləri müəyyənləşdiriləcək.

Qeyd edək ki, test tam ödənişsizdir və həm Çin dilini yeni öyrənməyə başlayanlar, həm də əvvəlcədən müəyyən bilik səviyyəsinə malik olan namizədlər üçün uyğundur. Yerlərin məhdud olması səbəbilə əvvəlcədən qeydiyyat mütləqdir.

UniDestin Təhsil Mərkəzi Çin dilinin tədrisi və HSK imtahanlarına hazırlıq sahəsində beynəlxalq standartlara uyğun proqramlar təqdim edərək tələbələrin akademik və peşəkar inkişafına davamlı dəstək göstərir.

Əlaqə: +994 55 848 03 09‬‬ ‬‬‬‬və ya +994 50 836 44 99

Veb: www.unidestin.com

E-poçt: [email protected]

Ünvan: 203 Nizami ST, Bakı( AF Business House, 4-cü mərtəbə)

Seçilən
5
2
far.az

3Mənbələr