AZ

Polis bir gündə 76 cinayətin açılmasını təmin edib, 118 nəfər saxlanılıb

Azərbaycan polisi yanvarın 27-də ölkə üzrə 73-ü həmin gün qeydə alınan, 3-ü əvvəlki dövrlərdən bağlı qalan olmaqla ümumilikdə 76 cinayətin açılmasını təmin edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olan 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də polis əməkdaşları tərəfindən tutulub.

DİN-in açıqlamasında bildirilir ki, əməliyyat tədbirləri çərçivəsində narkotik vasitələrlə əlaqəli 36 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 23 fakt müəyyən edilib.

Gülnar 

Seçilən
1
anews.az

1Mənbələr