AZ

Deputatdan təklif: Pensiya yaşı 43-ə endirilir

Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvvələrində xidmət edən qadınların təqaüd yaşını 43-ə endirməyi təklif edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlament üzvü Dmitri Svişçevin mətbuat xidməti məlumat verib.

Deputatın sözlərinə görə, qanun layihəsi ailə səbəbləri ilə - uşaqlara və ya yaxın qohumlarına qulluq etmək üçün ordudan ayrılan qadınların üzləşdiyi ədalətsizliyi aradan qaldırmağı hədəfləyir. Onlar təhlükəsizlik qüvvələrində 12 ildən çox xidmət ediblər və ümumilikdə 25 illik xidmət stajına malikdirlər, lakin 45 yaş tələbinə görə hərbi pensiya almaq hüququna malik deyillər.

"Bu təşəbbüs bir növ yeni yardım deyil, əksinə ailələrinə qayğı göstərən insanlar üçün ədalətsizliyi aradan qaldırmağı hədəfləyir", - deyə Svişev vurğulayıb.

Seçilən
16
publika.az

1Mənbələr