Bakı.Trend
Bakı və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasındainsanların gediş-gəlişini təmin edən mühüm yollardan biri dəAbşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdənibarətdir: Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt. Sonillərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayınınartırılması üzrə mühüm işlər görülüb.
Trend xəbərverir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevbu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmimasada çıxış edərkən deyib.
O bildirib ki, Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi məqsədilə YeniSuraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar dəmiryolu xətlərinin bərpası və bu xətlər boyunca mövcud stansiyalarınbərpası və yeni stansiyaların inşası nəzərdə tutulur:
“2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yolinfrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinəbaşlanılıb. Layihələndirmə işlərinin bəziləri tamamlanıb.
Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya vədayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyalarınyerləri müəyyən olunub. Bakı–Xırdalan–Sumqayıt xəttinintəkmilləşdirilməsi, qatarburaxma və sərnişindaşıma qabiliyyətininartırılması, yeni dayanacaqların istismara verilməsi istiqamətdə dəmüvafiq işlərə başlanılıb. Hazırda bu xətt üzrə sərnişindaşımaxidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgüldayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikintiişlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Baş Keşləstansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağınınyaradılması nəzərdə tutulur”.
O bildirib ki, Bakı–Pirşağı–Sumqayıt xəttinintəkmilləşdirilməsi, bu istiqamətdə dəmir yolu xəttinin qatarburaxmavə sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqlarınistismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı,Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarınınyaradılması planlaşdırılır:
“Görülən işlər çərçivəsində Nərimanov stansiyasında da qatarlaradayanacaq verilməsi planlaşdırılır. Dövlət Proqramından irəli gələnməsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Budəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən buistiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryolxəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılmasınəzərdə tutulub”.
A.Rzayev əlavə edib ki, həmçinin 2030-cu ilədək 20 yeni sərnişinqatarının alınması planlaşdırılır. Hazırda bu istiqamətdə işlərdavam etdilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlərkeçirilir.