BAKI, 28 yanvar. TELEQRAF
2025-ci il ərzində banklar 1 milyard 161.6 mln. manat xalis mənfəət əldə edib.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 11,2% artım deməkdir.
Hesabat dövründə banklar 1 milyard 862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316.8 mln. manat məbləğində mənfəət vergisi ödənilib.