AZ

10 dəqiqəlik gəzinti mədə yanmasını necə aradan qaldırır?

Mədə yanmasını azaltmaq üçün yeməkdən sonra gəzmək tövsiyə olunur.

Ölkə.az "Indian Express" nəşrinə istinadla xəbər verir ki, bu barədə qastroenteroloq həkim Cozef Salxab danışıb.

Mütəxəssis bildirib ki, mədə yanmasını və turşu reflüksünü azaltmaq üçün yeməkdən sonra uzanmaq və ya hərəkətsiz oturmaq olmaz. Onun sözlərinə görə, hətta 10 dəqiqəlik yavaş gəzinti belə qida qalıqlarının və mədə turşusunun daha tez mədədən çıxmasına kömək edir.

“Gəzinti həmçinin qidanın və tullantıların yoğun bağırsaq boyunca irəliləməsinə yardım edir”, – deyə həkim izah edib.

O əlavə edib ki, yeməkdən sonra yüngül fiziki aktivlik həzmi yaxşılaşdırır və köpü azaldır. Oturaq və ya uzanmış vəziyyətdə isə həzm prosesi yavaşlayır, mədənin tərkibi yenidən qida borusuna qayıda bilər ki, bu da mədə yanmasına səbəb olur.

Həmidə İbrahimova

Seçilən
24
1
olke.az

2Mənbələr