AZ

Azərbaycanda 8 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir- ÖZƏL

"Hazırda ölkəmizdə 8 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir, 3 sənaye parkı işə inşa edilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyb: "Bütün bu sənaye sonalarına 7 milyard manat investisiya qoyulub, 104 müəssisə və 11 min iş yeri yaradılıb.
İndiyədək 19.4 mlrd manatlıq məhsul istehsal olunub, bunun da 6.1 mlrd manatı 70 ölkəyə ixrac olunub. 
Qoyulan investisiyanın 80%-i, yaradılan müəssisələrin 40%-i, iş yerlərinin 56%-i, istehsalın 80%-i, ixracın isə 93%-i Sumqayıtda yaradılan Sənaye Parkının payına düşür.
Göründüyü kimi, ölkəmizin qeyri-neft-qaz sənaye potensialının güclınməsində Sumqayıt mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr