AZ

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır

Vaşinqton, 28 yanvar, AZƏRTAC

907-ci düzəliş Azərbaycan və ABŞ arasında münasibətlərin erkən dövrünün qalığıdır və nəinki hər il uzadılmalı, birdəfəlik aradan qaldırılmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard deyib. O bildirib ki, sənəd artıq köhnəlib və istifadə müddətini bitirib.

“Çünki Azərbaycanla Ermənistan arasında dinc münasibətlər inkişaf edir. İki ölkə arasında ticarət mövcuddur, Azərbaycan taxıl və enerji təchiz edir. Yəni münasibətlər sürətlə normallaşır. Ona görə də 907-ci düzəliş öz aktuallığını və ABŞ üçün əhəmiyyətini itirib. Deməli, onun aradan qaldırılmasının vaxtıdır”, - deyə ekspert əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
28
2
azertag.az

3Mənbələr