AZ

Nərimanovda bu küçə də piyadalaşdırılacaq RƏSMİ AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yanvarın 28-də  “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masa keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev, "Bakı Metropoliten"in departament rəisi Nərgiz Mustafayeva, sahə üzrə ekspertlər və media nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bildirib ki, tikintisi davam edən İslam Səfərli küçəsindən sonra daha bir küçənin piyadalaşdırılması nəzərdə tutulub:

"Təbriz küçəsində piyadalaşma layihəsi həyata keçiriləcək. Yolun bağlanılması nəzərdə tutulmur, lakin piyadaların daha rahat hərəkətini nəzərdə tutan layihə planlaşdırılır".

Səfər

Oxunub 0

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
avtosfer.az

1Mənbələr