AZ

“Hədəfdə STEAM-8” uğurla başa çatıb - FOTOLAR

Yanvarın 26-da açılışı olan “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqi bu gün öz işini Azərbaycan, rus və ingilis dillərində 36 təlim və 5 seminarla başa çatdırıb.

SİA-nın verdiyi məlumata görə, Hədəf STARS kampusda təşkil edilən təlim və seminarlarda STEAM metodu, bu metodun Azərbaycanda, Türkiyədə, Qırğızıstanda və Qazaxıstanda tətbiqi, perspektivləri və faydaları, süni intellekt əsrində qlobal çağırışlar və yeni təhsil həlləri, texnologiyanın sərhədlərini genişləndirən innovativ yanaşmalar, texnologiya və mühəndislik, rəqəmsal transformasiyalar əsas araşdırma və müzakirə mövzusu olub.

Təlim və seminarlarda tanınmış mütəxəssislərin iştirakı ilə elmi-texnoloji-innovativ müzakirələr aparılıb. Təlimlər praktik dərs formatında keçirilib. Bu inteqrativ dərslərin hər biri 2 müəllim tərəfindən təqdim olunub. Dərslər tədris proqramına uyğun hazırlanıb.

İştirakçılara sertifikat və plaketlər, xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, bu il 8-ci dəfə təşkil edilən təlim-treninq genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək məqsədi daşıyır. Sminar-treninqlərdə beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə olunur.

Seçilən
33
1
sia.az

2Mənbələr