AZ

Hindistanda təyyarə qəzaya uğradı – Nazir müavini və daha 4 nəfər öldü

Hindistanın Maharaştra vilayətinin nazir müavini, NCP partiyasının liderlərindən biri Adjit Pavarın göyərtəsində olduğu təyyarə qəzaya uğrayıb.

Heftelik.az “Times of India”ya istinadən xəbər verir ki, Adjit Pavar və onunla göyərtədə olan daha 4 nəfər də ölüb.

Məlumata görə, Pavar Mumbay şəhərindən Baramatiyə seçki kampaniyası çərçivəsində insanlar qarşısında çıxış etmək üçün yollanıb.

Təyyarədə olan nazir müavini, 2 ekipaj üzvü, bir cangüdən və digər şəxs həyatını itirib.

“Learjet-45” tipli biznes təyyarəsinin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
4
heftelik.az

5Mənbələr