AZ

Yeni doğulan uşağa ad verilməsi ilə bağlı qaydalar dəyişir

Bakı. Trend:

Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailəəlaqələrini saxlamaq hüququnu qoruyacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğunolaraq veriləcək.

Hazırda qüvvədə olan qanuna görə, uşağa ad valideynlərininqarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluqorqanlarının razılığı və ya göstərişi əsasında verilir.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədarhəmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasisteminə daxil edilir.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədarhəmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemivasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədinElektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsimümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığıilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindəntəmin edilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı üç abzasda qeydedilən müddəalar qanundan çıxarılacaq.

Ailə Məcəlləsinin tələbləri

Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ataadı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərinrazılığı ilə verilir, ata adı atasının adına görə verilir.

Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı iləmüəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqdauşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadıverilir.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıqolmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanıtərəfindən həll olunur.

Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ataadı Ailə Məcəlləsiniə uyğun olaraq uşağın atası kimi qeydə alınanşəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

Seçilən
43
8
az.trend.az

10Mənbələr