Bakı. Trend:
İranın Azərbaycanla sərhədində Kəlalə-Ağbənd avtomobil yolukörpüsünün İran tərəfində gömrük məntəqəsinin tikilməsi prosesinəstart verilib.
Trend-inməlumatına görə, bunu İranın şimal-qərbində yerləşən ŞərqiAzərbaycan vilayəti gömrüklərinin nəzarətçisi Əli Əsğər Abbaszadəyerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində iki gömrükməntəqəsinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bunlardanbiri də Culfa gömrük məntəqəsidir.
Abbaszadə əlavə edib ki, hazırda Culfa gömrük məntəqəsindəngündəlik təxminən 300 yük maşını keçə bilər. Kəlalə-Ağbəndistiqamətində gömrük məntəqəsinin tikilərək istifadəyə verilməsiilə bu gömrük məntəqəsindən gündəlik 1,3 min yük maşının keçməsinəimkan yaranacaq.
Qeyd edək ki, 21 sentyabrda 2022 Şərqi Zəngəzur iqtisadi rayonuərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolukörpüsünün təməlqoyma mərasimi keçirilib. Uzunluğu 112 kilometrolan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İranİslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayıüzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 molmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyatvasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini(ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlətsərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.
Xatırladaq ki, Kəlalə-Ağbənd avtomobil yolu körpüsünün martayında istifadəyə verilməsi planlaşdırılır.