Cənubi Koreya məhkəməsi keçmiş birinci xanım Kim Konq-hiyə korrupsiya ittihamları ilə bir il səkkiz ay həbs cəzası verib.
"Unikal" xəbər verir ki, bunu "Yonhap" agentliyi məlumat yayıb.
Xatırladaq ki, Kim Konq-hi 2022-ci ildən 2025-ci ilə qədər vəzifə yerinə yetirən və hərbi çevrilişə cəhdi ilə yadda qalan keçmiş Cənubi Koreya prezidenti Yun Sok-yolun həyat yoldaşıdır.
Yun Sok-yelin impiçmentindən sonra təkcə keçmiş Cənubi Koreya prezidentinə deyil, həm də həyat yoldaşına qarşı istintaq başladıldı.