AZ

Təyyarə qəzaya UĞRADI - Yüksək vəzifəlilər HƏLAK OLDU

Hindistanın Maharaştra ştatının baş nazir müavini, Milli Konqres Partiyasının lideri Ajit Pavar və daha dörd nəfər təyyarə qəzasında həyatını itirib.

Bu barədə "The Indian Express" nəşri Hindistanın Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.

İdarənin verdiyi məlumata görə, "Learjet 45" təyyarəsi yerli vaxtla səhər saat 8:10-da Mumbaydan havaya qalxıb və yarım saat sonra Baramati hava limanına eniş cəhdi zamanı qəzaya uğrayıb. Pavarın yerli seçkilər ərəfəsində dörd önəmli ictimai görüşdə iştirak etməsi planlaşdırılmışdı.

Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, təyyarədə nazirin iki əməkdaşı və ekipajın iki üzvü də olub.

"Orada olanlardan heç kim sağ qalmayıb", - deyə idarənin açıqlamasında bildirilir.

Mediada yayılan məlumatlara görə, Pavarın təyyarəsi Hindistanın maliyyə paytaxtı Mumbaydan havaya qalxıb və təxminən 250 km məsafədəki Baramatidə təcili eniş etməyə cəhd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
74
olaylar.az

1Mənbələr