AZ

Trampı görəndən sonra təəccübləndi Ağ Ev cavab verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Slovakiyanın Baş naziri Robert Fiko ABŞ Prezidenti Donald Trampın psixoloji durumuna görə təəccüblənib və bu, onu narahat edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə avropalı diplomata istinadən məlumat yayıb.

“Fiko 17 yanvarda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdən sonra bu qənaətə gəlib. O,  Avropa liderləri ilə danışarkən Ağ Ev rəhbərinin psixoloji vəziyyəti ilə bağlı narahatlığını bildirib, vəziyyəti “təhlükəli” adlandırıb”, – deyə bildirilib.

Lakin nəşrin mənbələri Trampın Slovakiya baş nazirinin reaksiyasına səbəb olan konkret açıqlamalarından xəbərsiz olduqlarını vurğulayıblar.

Ağ Evin mətbuat katibi Anna Kelli avropalı diplomatların iddialarını təkzib edib.

“Bu, diqqəti cəlb etməyə çalışan anonim avropalı diplomatların tamamilə yalan məlumatıdır. Mar-a-Laqoda keçirilən görüş müsbət və məhsuldar keçdi”, – deyə o bildirib.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
globalinfo.az

1Mənbələr