Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Məlumatı Türkiyə prezidentinin mətbuat xidməti yayıb.
Xəbəri “Anadolu” verib.
Məlumata görə, prezidentlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, Suriyadakı son hadisələri, Qəzza Sülh Şurasının məsələsini, əsasən müdafiə sənayesindəki ticarət əlaqələrini, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, Ankara Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişafı üçün addımlar atmağa davam edəcək, çünki bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi hər iki ölkənin ortaq maraqlarına uyğundur.
Dövlət başçısı Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. O, Türkiyənin ABŞ və Suriya hakimiyyəti ilə əlaqə saxlayaraq prosesi yaxından izlədiyini qeyd etib.
Prezident Ərdoğan Qəzza Sülh Şurasının səmərəli iş görəcəyinə ümid etdiyini bildirib və Qəzzada humanitar fəlakətin sona çatması və zolağın yenidən qurulmasının bölgədə davamlı sülhün bərqərar olmasına yol açacağına ümid etdiyini bildirib.
P.ƏMİRCANOV
XQ