Mirəli Seyidov küçəsi-19A (Yasamal rayonu) ünvanında yerləşən binada yanğından sonra başlayan bərpa prosesi dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə bina sakini olan jurnalist Heydər Mirzə paylaşım edib.
Onun sözlərinə görə, yanğına baiskar sayılan "LOFT" şirkətinin sahibi Vüqar Abbasov təmir işlərindən boyun qaçırır:
“Deyir, təmirə pulum yoxdur. Amma 3 adamın ölümünə səbəb olan "LOFT" xarabasını təmir etmək istəyir, ona pulu var”.
H.Mirzə bildirib ki, məsələ Prezident Administrasiyasının və Baş Prokurorluğun nəzarətindədir:
“Lakin Vüqar Abbasov bu nəzarəti heçə sayır. Göz önündə olan da məhz budur: bizimlə oyun oynayır. Adamın saxlanılması ilə bağlı vəsatətimiz isə naməlum səbəblərdən təmin edilməyib.”
Xatırlatma: noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğında 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətovaa ölüb.
Aytac Əliyeva
Telegram kanalımız