Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ili 111,5 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 29 % azdır.
12 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 474,9 milyon manat (illik müqayisədə 8,35 % çox), əməliyyat xərcləri 242,1 milyon manat (37,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 107 milyon manat (66,4 % çox), gözlənilməz gəlirləri 1,7 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16 milyon manat (61,5 % az) təşkil edib.
Xəbər yenilənəcək ...