AZ

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilər

Avropa İttifaqı Ukraynanın təşkilata üzvlüyünü sürətləndirmək üçün “tədrici inteqrasiya” ideyasını nəzərdən keçirir. Bunu Brüsseldəki mənbə “Euronews”-a bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin 2027-ci ildə Avropa Birliyinə qoşulacağına ümid etdiyini bildirib.

Avstriya kansleri Kristian Stoecker ilə söhbətindən sonra Zelenski qeyd edib ki, müharibə bitdikdən sonra AB üzvlüyü Ukrayna üçün “əsas təhlükəsizlik zəmanətlərindən biri” ola bilər.

Zelenski sosial mediadakı yaylaşımında bildirib ki, “Ukraynanın Avropa İttifaqına daxil olması təkcə bizim üçün deyil, bütün Avropa üçün təhlükəsizliyin əsas qarantıdır". O, əlavə edib ki, Avropanın ümumi gücü həm də “Ukraynanın təhlükəsizlik, texnoloji və iqtisadi töhfəsi sayəsində” mümkündür.

“Buna görə də biz konkret bir tarixdən, 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizi dəstəkləyəcəyinə ümid edirik”, - deyə Ukrayna prezidenti vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr