AZ

Aİ  SEPAH-ı terror təşkilatı kimi tanımayacaq

Avropa İttifaqı bu həftə insan haqlarının pozulmasına görə sanksiya rejimi çərçivəsində 20 İran vətəndaşı və təşkilatına sanksiyalar tətbiq edəcək, lakin Fransanın etirazları səbəbindən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terror təşkilatı kimi siyahıya alınmayacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat verir.

Aİ xarici işlər nazirləri yanvarın 29-da  Brüsseldə keçiriləcək görüşdə İslam Respublikasındakı vəziyyəti müzakirə edəcək və yeni sanksiyaları təsdiqləyəcəkləri gözlənilir.

Yeni tədbirlərə İranın dron və raket istehsalında istifadə edə biləcəyi komponentlərin ixracına məhdudiyyətlərin qoyulması da daxildir ki, bu da rəsmilərin fikrincə, basqılara səbəb olacaq və  Rusiyanı dəstəklədiklərinə görə bəzi İran fərdlərinə və qurumlarına sanksiyalar tətbiq olunacaq.

Seçilən
9
veteninfo.az

1Mənbələr