AZ

Hakan Fidan ABŞ-yə çağırış etdi - "İrana hücum etmək və müharibəni yenidən başlatmaq səhvdir"

"Amerikalı dostlarıma məsləhətim budur, iranlılarla olan faylları bir-bir bağlayın”.

Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə deyib:

Fidan ABŞ-nin İrana təzyiqi azaltmalı olduğunu qeyd edib:

"İrana hücum etmək və müharibəni yenidən başlatmaq səhvdir. İran nüvə faylını yenidən müzakirə etməyə hazırdır. Amerikalı dostlarıma məsləhətim budur: iranlılarla faylları bir-bir bağlayın. Nüvə məsələsindən başlayın, bağlayın və bunu paket kimi qəbul etməyin. Bunları paket kimi təqdim etsəniz, iranlı dostlarımız üçün bunu həzm etmək və qiymətləndirmək çox çətin olacaq. Bu, onlara alçaldıcı görünə bilər və rəhbərliyə izah etmək çətin ola bilər. Əgər işləri daha tolerant edə bilsək, bu kömək edəcək", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr