AZ

İsrailə casusluqda ittiham olunan kişi edam olundu

İsrail üçün casusluq etməkdə ittiham olunan İran vətəndaşı İslam Respublikasında edam edilib.

Ucnoqta.az bildirir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, 28 aprel 2025-ci ildə saxlanılan Həmid Rza Sabet Esmailpour casusluq və İrana düşmən olan Mossad kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyinə görə asılıb.

İranlının "Mossad" zabiti ilə əlaqə saxladığı və ona məxfi məlumat və sənədlər ötürdüyü iddia edilir.

Hökm məhkəmə prosesinin bir hissəsi olaraq verilib və İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Seçilən
27
ucnoqta.az

1Mənbələr