AZ

Bakıda hoteldən meyit tapıldı

Bakıda hoteldən Rusiya vətəndaşının meyiti tapılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib.

Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
6
metbuat.az

7Mənbələr