BAKI, 28 yanvar. TELEQRAF
Avropa İttifaqınln (Aİ) Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanları dəyərləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşündə Azərbaycan ilə Aİ arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.