
Filippin sahillərində 6 bal gücündə güclü zəlzələ baş verib.
AFN.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 380 mindən çox əhalisi olan Kotabato şəhərindən 101 km cənub-qərbdə yerləşib.
Seysmik hadisənin ocağı yerin 35 km dərinliyində qeydə alınıb. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda ərazidə tsunami təhlükəsi gözlənilmir.