“İnter”in baş məşqçisi Kristian Kivu polşalı yarımmüdafiəçi Pyotr Zelinzkinin son oyunlardakı performansı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Zelinzki yüksək səviyyəli futbolçudur və böyük keyfiyyətlərə malikdir. O, tam uyğun olmayan mövqedə çıxış etsə də, komandanın xeyrinə əlindən gələni edir. Onun oyun vəziyyəti getdikcə yaxşılaşır və yaxın matçlarda komandamız üçün vacib rol oynayacaq”.
31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 28 oyunda iştirak edib, 4 qol vurub və 2 assistlə yadda qalıb.
Qeyd edək ki, “İnter” yanvarın 28-də Çempionlar Liqasının qrup mərhələsinin 8-ci turunda səfərdə Dortmund “Borussiya”sının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.