AZ

Vaşinqton: “Məcburetmə variantımız da var”

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib. Marko Rubio Rodrigesin şəxsi maraqlarının onu Amerikanın əsas məqsədlərinə çatmağa sövq edəcəyinə ümidlidir.

“Rodriges Venesuelanın enerji sektorunu Amerika şirkətləri üçün açacağını, istehsala güzəştli çıxışı təmin edəcəyini və neft gəlirlərinin Amerika mallarının alınmasına yönəldiləcəyini vəd edib”,– ABŞ-nin dövlət katibi yanvarın 27-də Konqres üzvləri qarşısında çıxışında deyib.

Bu, yanvarın 3-də ABŞ-nin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını oğurlamasından sonra Marko Rubionun Konqres qarşısında ilk ictimai çıxışı olub.

Venesuela:islahatlar və təqiblər ayrıcında
ABŞ dövlət katibi sözügedən əməliyyatı amerikalı hərbçilərə zərər dəymədən həyata keçirilmiş hüquq-mühafizə tədbiri kimi qiymətləndirib.

Lakin demokratlar Karakasdakı əməliyyatı Konqresdən yan keçməklə həyata keçirilmiş qeyri-qanuni müharibə aktı kimi tənqid ediblər. Onların fikrincə, bu addım ABŞ-ni Venesuelanı bərpa etmək üçün uzunmüddətli öhdəlik götürmək riski ilə üz-üzə qoyub.

Bundan əvvəl Delsi Rodriges Nikolas Maduronun tutulmasından sonra ABŞ-nin onu və digər hökumət rəsmilərini öldürməklə hədələdiyini, onlardan 15 dəqiqə ərzində əməkdaşlıqla bağlı qərar vermələrini tələb etdiyini bildirmişdi. Xanım Rodriges həmçinin Venesuelanın neft sektorunda islahatlar aparılması planlarını açıqlayıb.

Yeri gəlmişkən, “The New York Times” (NYT) nəşrinin yazdığına görə, Delsi Rodriges Venesuela iqtisadiyyatını liberallaşdırmağa başlasa da, hakimiyyətin əsas strukturlarını qoruyub saxlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
16
1
azvision.az

2Mənbələr