AZ

“Uşaq hüquqları haqqında” yeni qanunda hansı yeniliklər var?

Bakı. Trend:

“Uşaq hüquqları haqqında” qanun layihəsində yeniliklərdən biri11 anlayışın təsbitidir. “Uşağın üstün mənafeləri”, “erkənevlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismanicəza” kimi anlayışlar normativ çərçivəyə salınıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin sədri Hicran Hüsenova komitənin bugünkü iclasındadeyib.

Komitə sədri bildirib ki, bu, hüquqi tətbiqetmə zamanıboşluqlarının aradan qaldırılması baxımından çox vacibdir.

“Uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarlamüəyyən edilir. Belə ki, uşağa aid qərar qəbul edilməzdən əvvəlaraşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfitəsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlikkimi təsbit olunur”.

H.Hüseynova vurğulayıb ki, digər mühüm yenilik uşaqlara qarşızorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmışuşağın reabilitasiyası ilə bağlıdır. Əsas məqsəd prosedurların dahatəkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərinəlaqələndirilməsindən ibarətdir.

“Mövcud qanundan fərqli olaraq yeni qanun layihəsində “erkənevlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyətyaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanmamexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım vərepatriasiya qaydası təsbit olunur. Və bu da vacib yenilikdir. Uşaqvə ailə münasibətlərinə gəldikdə isə yeni qanun layihəsinə görə,valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlətyalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağanolunur”.

Millət vəkili əlavə edib ki, mövcud qanunda dövlət nəzarətiümumi qeyd olunur, lakin təqdim olunan qanun layihəsində praktikiicra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər,monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbitedilir.

Seçilən
24
1
az.trend.az

2Mənbələr