AZ

İranda İsrailə casusluq edən şəxs EDAM OLUNDU

İranda İsrailə casusluq edən şəxs edam olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İran hakimiyyəti İsrailin “Mossad” kəşfiyyat idarəsinə casusluq etməkdə ittiham olunan Həmid Rza Sabit İsmailişur barəsində çıxarılan ölüm hökmünü icra edib. Bu barədə məlumatı ölkənin məhkəmə sistemi ilə əlaqəli olan “Mizan” agentliyi yayımlayıb.

Rəsmi məlumatlara görə, həmin şəxs 2025-ci il aprelin 29-da həbs edilib. O, məxfi sənədləri və məlumatları xarici xüsusi xidmət orqanına ötürməkdə təqsirli bilinib.

Ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra asılma yolu ilə həyata keçirilib.

Qeyd olunur ki, ötən ilin iyun ayında iki ölkə arasında baş verən 12 günlük silahlı münaqişədən sonra İranda İsrailə casusluq ittihamı ilə edam edilənlərin sayı kəskin şəkildə artıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr