AZ

Türkiyə İranla sərhəddə "bufer zona" yaratdı: Müharibə olacaq? - ŞƏRH

Xarici mətbuatda yayılan məlumatlara görə, Türkiyə İranla sərhədə 43 liftli qüllə, 380 km beton divar, 203 elektro-optik müşahidə qülləsi, 553 km müdafiə xəndəyi qurub. Ərazinin dronlar və kəşfiyyat vasitələri ilə 24 saat nəzarətdə saxlandığı bildirilir. Beləliklə, Türkiyənin İranla sərhəddə “bufer zona” yaratması iki ölkə arasında müharibə ehtimallarını gücləndirib.

 

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu Pravda.az-a açıqlamasında deyib ki, Türkiyə önləyici tədbirlər görür.

 

Deputat hesab edir ki, Türkiyə müharibə arzu etmir, İran isə daim müxtəlif yollarla, proksi qüvvələrlə Türkiyəyə qarşı müharibə aparıb: “Bu, həmişə belə olacaq, dəyişməyəcək. Çünki İran-Türkiyə münasibətlərinin Qəsri-Şirin sülh müqaviləsindən bu günə qədər səssiz davam edən müharibə mərhələsi var. Bu mərhələ bu gün də davam edir, sabah da davam edəcək. İran və Türkiyə arasında münasibətlər göründüyü və diplomatik münasibətlərdə təqdim edildiyi kimi deyil. Məsələ bundadır ki, İran regionda həmişə radikal məzhəb ixracatçısı kimi tanınıb, Türkiyədə yaşayan və məzhəb etibarilə İrana yaxın olan insanları həmişə Türkiyə əleyhinə təşkilatlandırıb. Bundan başqa, İran həm də Türkiyəyə qarşı etnik separatçılıqla məşğul olan müxtəlif terror təşkilatlarını dəstəkləyib. PKK terror təşkilatı İranda PJAK adı ilə təşkilatlanıb, İraqda və Suriyada müxtəlif terror qruplaşmalarına kadrların hazırlanması da İranda baş verib. Buna görə də qardaş Türkiyənin sərhəddə atdığı addımlar məcburiyyətdən atılan addımlardır. İran heç vaxt Türkiyənin güclü olmasını istəməyib”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Yanvar 2026, 12:04   
Seçilən
5
pravda.az

1Mənbələr