Bakı. Trend:
“Uşaq hüquqları haqqında” qanun layihəsi 8 fəsil, 63 maddədənibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsasvəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsasmexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatəedir.
Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin (AQUPDK) sədri Bahar Muradova Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
Komitə sədri qanun layihəsindəki yenilikləri aşağıdakı kimisistemləşdirib:
- Layihədə 11 anlayışın hüquqi tərifi verilir. Xüsusilə “uşağınüstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq və onun formaları”,“cismani cəza” kimi anlayışların qanunvericilikdə dəqiq müəyyənedilməsi uşaqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.İlk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbitedilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortayaqoyulur.
- Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risksahələrini də nəzərə alır. İnformasiya-kommunikasiyatexnologiyalarının geniş yayılması fonunda internet vəinformasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədiləntəhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimitanınır.
- Layihə eyni zamanda yeni məsuliyyət mexanizmləri müəyyən edir.Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda, bu barədəməlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyatakeçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar.
- Bundan başqa, uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşıdavamlı təzyiq və aqressiv davranışı – yəni bulinq halları –zorakılıq forması kimi müəyyən edilir və müvafiq müəssisələrə buhalların qarşısının alınması üzrə konkret öhdəliklər qoyulur.
- Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinədüşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərinqanunvericilik tələbi kimi müəyyən edilməsidir.
- Bu istiqamətdə dövlət orqanları ilə yanaşı bələdiyyələr vəqeyri-hökumət təşkilatlarının da üzərinə müvafiq öhdəliklərqoyulur.
- Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosialmüdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur.
- Uşaqlar barəsində icraatın bütün mərhələlərindəmultidissiplinar yanaşmanın tətbiqi, prosedurların uşaq üçün aydınvə əlçatan olması, uşağın yaşına və fərdi xüsusiyyətlərinə uyğundəstəyin (qulluq, müdafiə və digər fərdi yardım) göstərilməsi tələbkimi müəyyən edilib.
- Uşaqların iştirakı ilə aparılan mülki və cinayət proseslərindəpsixoloqun məcburi iştirakı da uşağın psixoloji rifahınınqorunmasına xidmət edir. Eyni zamanda, uşaqlar barəsində və yaonların iştirakı ilə aparılan işlər üzrə icraatı həyata keçirənşəxslərin uşaq hüquqları sahəsində bilik və bacarıqlara malikolması təsbit edilir.
- Yetkinlik yaşına çatmayan şəxslər barədə məlumatlarınaçıqlanmasının yalnız yazılı razılıq əsasında mümkün olması kimimühüm təminatlar da layihədə öz əksini tapıb.
- Qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlətnəzarətinin institusional əsaslarını gücləndirir. Bu sahədə müvafiqicra hakimiyyəti orqanları ilə yanaşı, prokurorluğun da prosessualnəzarət subyekti kimi müəyyən edilməsi təklif olunur.
- Dövlət Uşaq Siyasətinin əlaqələndirilməsi (AQUPDK), həyatakeçirilməsinə nəzarəti (dövlət nəzarəti mexanizmi) və monitorinqi(Ombudsman) ilə baglı məsələlərin (8-ci maddə) tənzimlənməsi xüsusiəhəmiyyət kəsb edir.