Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, manatın dövretmə sürəti3,20 bənd təşkil edib.
Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 1 dekabr 2025-ci illə müqayisədə0,18 bənd və ya 5,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə0,25 bənd və ya 7,2% azdır.
Beləliklə, 2025-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə,Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 3,38 bəndtəşkil edib, 2024-cü ilə olan vəziyyətə görə isə 3,45 bəndolub.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycandafəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrininsayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyətgöstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkiledib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manatolub.