AZ

Milyonlarla xərçəngin 9 günlük YÜRÜŞÜ: Cəngəlliklərə doğru böyük KÖÇ – VİDEO

Avstraliyanın Milad adasını milyonlarla qırmızı xərçəng balası bürüyüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Avstraliyanın Milad adasında qeyri-adi təbiət hadisəsi müşahidə olunur.

Milyonlarla qırmızı xərçəng balası dənizdən çıxaraq adanın içərilərinə doğru hərəkət etməyə başlayıb.

Onlar yırtıcılardan xilas olmaq üçün sahildən cəngəlliklərə doğru kütləvi şəkildə miqrasiya edirlər.

Mütəxəssislərin fikrincə, bu genişmiqyaslı miqrasiya növün nəslinin davam etməsi və sağ qalması üçün böyük ümid verir.

Xərçənglərin dənizdən meşəyə qədər olan yolu təxminən doqquz gün davam edir.

Yürüşün sonunda onlar meşəlik ərazilərdə məskunlaşaraq yeni həyat dövrünə başlayırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr