AZ

Azərbaycanlı hakim "Çelenç Kuboku"na təyinat aldı

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov növbəti beynəlxalq təyinat alıb. 

Fanat.Az xəbər verir ki, o, voleybol üzrə Çelenç Kuboku oyununda iş başında olacaq.

Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin "Kapoşvari" (Macarıstan) və "Nova Qoritsa" (Sloveniya) komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.

Seçilən
0
fanat.az

1Mənbələr