AZ

Moskvadan Bakıya yeni HƏDƏ – Azərbaycan udulası TİKƏ deyil!

Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri haqda həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Onlar Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıblar.

Yada salaq ki, bu adamlarla bağlı Rusiya tərəfi xarici işlər nazirlərinin müavinləri (Mixail Qaluzin, Sergey Ryabkov) və XİN sözçüsü Mariya Zaxarova səviyyəsində bir neçə dəfə onların Rusiyaya təhvil verilməsi üçün xahişlər edilib. Belə bir addımın “ikitərəfli əlaqələrə pozitiv stimul olacağı” vurğulanıb.

Amma gəl ki, xahişlər fonunda və ondan sonra Rusiyada soydaşlarımıza qarşı təqib kampaniyası səngiməyib. Vurulan təyyarəmizlə bağlı vədlər, ümumiyyətlə, unudulub, cinayət işinə isə xitam verilib. Amma məntiqlə tam əksi olmalı idi axı…

Bu azmış kimi, Azərbaycan daxil, “yaxın xaric” ölkələrin müstəqilliyi və suverenliyinə qarşı şimaldan şantaj və təhdidlər xeyli artıb. Görünməmiş hədələr səslənib. Özü də Kremlə ən yaxın KİV-də, TV-lərdə. Bu da növbəti fakt.

Dünən “Rossiya 1″ televiziya kanalında yayımlanan “Vladimir Solovyovla axşam” təxribatçı verilişində yenə də Orta Asiya və Qafqaz ölkələrinə qarşı təhqiramiz ritorika səslənib. Məsələn, verilişin qonağı, politoloq Sergey Mixeyev müzakirə zamanı iddia edib ki, guya Rusiya uzun illər region dövlətlərini dəstəkləyib, lakin onun qənaətincə, bu, onları “korlayıb”, onlarda “naşükürlük” yaradıb. Ardınca o, qeyd edib ki, regionun postsovet ölkələri “öz davranışları barədə düşünməli” və “Ukraynadakı vəziyyətlə paralellik aparıb “öz yerlərini bilməlidir”.

Təbii ki, Kremlin sadiq köpəyi Solovyov bu mövqeyi dəstəkləyib…

В

İndi nə demək “yerini bilməlidirlər”? Əlbəttə ki, söhbət Moskvanın dediyi ilə oturub-durmaqdan gedir. Yəni ki, Putin asqıranda postsovet ölkələrində də hamı asqırmalıdır. Bu dövlətlər daim Rusiyanın orbitində qalmalı, onun ətrafında süni peyk kimi “fırlanmalı”, öz xarici siyasət kurslarını Kremllə uzlaşdırmalıdır. Onun dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdır.

Hərçənd, Rusiyanın dost-zadı olmur, olmaz. Çünki özü kiminsə dost-müttəfiqi olmağı bacarmır. Tarixən. Velikorus şovinizmi qoymur. Nə yazıq ki, Kreml Baltikyanı ölkələr xaric, keçmiş sovet respublikalarını hələ də vassal və marionet qismində təsəvvür edir – SSRİ 35 ildir cəhənnəmlik olsa da. İmperiya hədələrinin “buynuzu” olmur ki…

Xüsusi vurğulayaq ki, “Rossiya 1” dövlətin siyasətini və mövqeyini təbliğ edən kanaldır. Orada vaxtaşırı səslənən bu qəbil şantaj və hədələri rəsmi Moskva, Putinin özü heç vaxt qınamayıb.

Odur ki, hamı öz dərsini götürsün. Daha doğrusu, artıq götürüb. Ukraynaya qarşı 4 ilə yaxındır davam edən işğalçı müharibədən də qonşu ölkələr gərəkən dərsi çıxarıblar. Mixeyev arxayın ola bilər. Hansı nəticəni? O da aşağı-yuxarı, Azərbaycan timsalında bəlli.

Velikorus şovinizmindən əziyyət çəkənlərə yalnız onu xatırladırıq ki, indi nə ötən əsrin 20-ci illəridir, nə də Azərbaycan rahatca udulası “tikə”! Ağlınızı başınıza yığın, boğazınızda qalar. Müxtəsəri, əgər tarixdən dərs götürməli tək dövlət varsa, o da Rusiyanın özüdür. Bu da bizim xəbərdarlığımız…

Müsavat.com

Seçilən
20
editor.az

1Mənbələr